Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Sabaha gözlənilən hava açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sabaha gözlənilən hava açıqlandı

İyunun 23-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək.

 

Reklam_3_11

ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 18-20° isti, gündüz  25-30° isti, Bakıda gecə  18-20° isti, gündüz  27-29° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi  normada daxilində 760 mm civə sütunu, nisbi rütubət  gecə 70-75 %,  gündüz  50-55%  təşkil edəcək.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  20-21°, Türkan, Hövsan, Sahil, Şıxda  22-23° isti təşkil edəcək.

 

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 25-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü  meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə  şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

 

Gündüz  əksər rayonlarda əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 14-18° isti, gündüz 27-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21° isti olacağı gözlənilir. 

 

22.06.2017 10:50

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ