Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Mərkəzi Bank uçot dərəcəsinin aşağı salınmasına tələsməməlidir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Mərkəzi Bank uçot dərəcəsinin aşağı salınmasına tələsməməlidir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mərkəzi Bankın faiz dəhlizinin aşağı həddinin endirilməsi gözlənilən idi, çünki buna məcbur idi".

 

Reklam_3_11

Bunu “Marja”ya açılamasında tanınmış iqtisadçı Samir Əliyev bildirib.

 

“Bunun vacibliyi barədə ötən ay fikrimizi demişdik” deyən iqtisadçı, sözlərinə belə davam edib:

 

“Mərkəzi Bankın keçirtdiyi son 8 depozit hərracında tələb təklifi 2-3 dəfə üstələməsinə baxmayaraq depozitlərin illik faiz dərəcələrini 12%-dən aşağı salmaq mümkün olmurdu. Elə ona görə faiz dəhlizi xeyli vaxt idi 12,01% həddində saxlanılırdı. Bu qərardan sonra depozit hərraclarında illik faiz dərəcəsi aşağı düşməyə başlayacaq və tələb əvvəlki dövrlərlə müqayisədə azalacaq. Mərkəzi Bank bu hərraclar vasitəsilə uzun müddət 600 milyon manat vəsaiti dövriyyədən kənarlaşdırmağa nail olub və bunun hesabına manata olan təzyiqi bir qədər azaldıb”.

 

Samir Əliyev qeyd edib ki, indi əsas sual uçot dərəcəsi ilə bağlıdır. Neftin qiyməti aşağı düşdüyündən Mərkəzi Bank faizi aşağı salmaqda tələsməməli, neftin ucuzlaşması prosesinin qısamüddətli olub-olmadığına əmin olmalıdır:

 

“Sonuncu dəfə 2016-cı ilin sentyabrında 15%-ə qaldırılan dərəcə aşağı salına bilərmi? Belə baxanda Bankın açıqlaması bunu şərtləndirir, amma vəziyyət qeyri-sabit və proqnozlaşdırılan bilməyəndir. Azərbaycanla eyni (nisbətən yaxşı) vəziyyətdə olan Rusiya və Qazaxıstanda uçot dərəcələrinin aşağı salınması tendensiyası müşahidə edilir. Ancaq hər iki ölkədən fərqli olaraq Azərbaycanda neftdən asılılıq səviyyəsi daha yüksəkdir. Tədiyyə balansının vəziyyətinin son aylar nisbətən yaxşılaşması isə neftin bir qədər bahalaşması, idxalın məhdudlaşdırılması və kapital axınının azalması hesabına baş verib. Gələcəkdə neftin ucuzlaşması və kapital axının davam etməsi balansda vəziyyəti yenidən pisləşdirə bilər. Eyni zamanda inflyasiya hələki ikirəqəmlidir və bəzi məhdudlaşdırıcı tədbirlər (pul kütləsinin məhdudlaşdırılması, nağd ödənişlərin məhdudlaşdırılması və s.) hesabına artımına imkan verilmir. Ancaq inflyasiya Mərkəzi Bankın növbəti aylarda qarşısında duran əsas vəzifələrdən biri olacaq. Ona görə Mərkəzi Bank uçot dərəcəsini aşağı salınmasına tələsməməlidir”.

22.06.2017 12:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ