Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Para" BOKT şəhidin 100 min manata yaxın borcunu üzərinə götürdü

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Para" BOKT şəhidin 100 min manata yaxın borcunu üzərinə götürdü
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bir neçə gün əvvəl “Para" BOKT ASC-nin Aprel şəhidi Xaliq Əzizzadəni kreditə görə məhkəməyə verməsi ilə bağlı xəbər yaymışdıq. Xəbərdə bildirilirdi ki, şəhidin adına Xətai Rayon Məhkəməsi tərəfindən bildiriş gəlib və şəhidin ailəsi, borcu ödəmədiyinə görə məhkəməyə çağırılıb.

 

Məsələ ilə bağlı deputat Qənirə Paşayeva status yazaraq narahatlığını ifadə etmişdi. Bu xəbərin üstündən çox keçmədən millət vəkili "Qafqazinfo" ilə əlaqə saxlayıb və artıq problemin həll edildiyini bildirib.

 

O qeyd edib ki, hazırda şəhidin ailəsi ilə bərabər bankdadır:

 

“Bankın rəhbərliyi ilə görüşdük. Bank borcu öz üzərinə götürdü və hazırda bununla bağlı sənədlər hazırlanır. Hardasa 100 min manata yaxın borcdan söhbət gedir".

 

Deputat bildirib ki, məsələ Birinci Vitse-Prezident Mehriban Əliyevanın da reaksiyasına səbəb olub:

 

"Məsələ Mehriban xanımın diqqətindədir. Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov da şəhidin anası ilə danışdı və onların problemləri ilə maraqlandı. Artıq problem arxada qaldı”.

 

Qeyd edək ki, şəhid ailəsinin krediti dollarla olub. Bildirilir ki, onlar devalvasiyadan əvvəl evlərini girov qoyaraq bankdan 50 min dollar götürüblər.

 

© Qafqazinfo

22.06.2017 15:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ