“Azəristiliktəchizat” zərərin içində "üzür"
Dövlət şirkəti “Azəristiliktəchizat” ASC-nin ödənilməmiş zərəri artıb. Bu ASC-nin ötən ili də zərər ilə başa vurduğuna işarə edir.
“Marja” xəbər verir ki, ASC, “Gəlir, mənfəət və zərər” hesabatını gizlədərək balans hesabatını dərc edib.
Hesabatdan məlum olur ki, ötən il “Azəristiliktəchizat”ın ödənilməmiş zəriri 20 milyon 816 min manata artaraq ilin sonunda 117 milyon 283 min manata yüksəlib. 2015-ci ilin sonunda ASC-nin ödənilməmiş zərəri 96 milyon 470 min manat idi. Ödənilməmiş zərər ASC-nin 220 milyon 615 min manatlıq nizamnamə kapitalı və kapital ehtiyatlarının azalmasına, nəticədə də cəmi kapitalının 103 milyon 332 min manata düşməsinə səbəb olub.
BÖYÜK MƏBLƏĞDƏ BORCU VAR
31 Dekabr 2016-cı il tarixində “Azəristiliktəchizat” ASC 191 milyon 138 min manat cəmi aktivlərə 87 milyon 806 min manat cəmi öhdəliklərə malik olub. Öhədliklərin 86 milyon 430 min manatını qısamüddətli kreditor borcları təşkil edib. 2015-ci ilin sonunda ASC-nin 71 milyon 442 min manat qısamüddətli kreditor borcları var idi.
2005-ci ildə yaradılmış “Azəristiliktəchizat” ASC-nin vəzifəsi istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin etməkdən ibarətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 13 saat əvvəl
-
13 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin
-
16 saat əvvəl
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
-
18 saat əvvəl
Motosikllər və elektrik mühərrikli velosipedlər 15 %-lik gömrük rüsumuna cəlb ediləcək
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl