"40 dollara düşməsi təhlükəsi var"
Neft qiymətləri, ABŞ və Liviyada artan istehsalın OPEC və tərəfdaşlarının hasilatlarını azaltmalarının təsirlərini silə bilər. Bu gözlənti ilə, ay bazarına girən neft, ardıcıl 5-ci həftəni də ucuzlaşma ilə başa vuracaq.
"Marja" xəbər verir ki, ABŞ-da xam neft hasilatı gündəlik 9.3 milyon bareli keçib, Liviya son dörd ilin ən çox neft hasilatını həyata keçirir və tankerlərdə toplanan neft miqdarı bu ayın əvvəllərində 2017 ilin ən yüksək səviyyəsinə çıxıb.
Digər tərəfdən, OPEC müqaviləsinin uğuruna dair müsbət işarələr gördüyünü qeyd edən Küveytin neft naziri Issam Almarzooq, bazarların pilləli olaraq yenidən tarazlıq tapacağını söyləyib.
"CMC Markets"in bazar strateqi Maykl Mcczrthy, "Hər şey ABŞ istehsalından və istehsalın aşağı neft qiymətlərinə baxmayaraq artmasından irəli gəlir. Hasilatda azalma görməyə başlamasaq, Qərbi Texas neftinin (WTI) 40 dollara düşməsi təhlükəsi var" deyə bildirib.
Bakı vaxtı ilə saat 07:30-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) 42.80 dollardan, Brent nefti 45.29 dollardan alıcı tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
-
2 saat əvvəl
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Unibank biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır
-
4 saat əvvəl
Bank təsərrüfat mallarının təchizatı ilə əlaqədar tender elan edir
-
5 saat əvvəl
İki ayda Azərbaycan banklarının xalis mənfəəti 210 milyon manata çatıb
- 5 saat əvvəl
- 5 saat əvvəl