Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Qətər Hava Yolları Amerikan Hava Yollarından pay almaq istəyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qətər Hava Yolları Amerikan Hava Yollarından pay almaq istəyir


Qətər Hava Yolları (Qatar Airways), Amerikan Hava Yollarından (American Airlines) səhm satın almaq istədiyini bildirib.


 
"Marja" xəbər verir ki, Qətər Hava Yollarından verilən yazılı açıqlamada, şirkətin Amerikan Hava Yollarını "güclü investisiya imkanı" kimi gördüyü qeyd edilib.

Reklam_3_11

 


Qətər Hava Yolları Amerikan Hava Yollarının idarəetmə, əməliyyatlar və inzibati mərhələlərinə daxil olmaq istəmədiyini bildirib.


 
Qətər Hava Yolları açıqlamasında, Amerika Hava Yollarının ilk mərhələdə 4,75%-lik  hissəsini almağı planlaşdırdığını açıqlayıb, Amerika Hava Yollarının idarə heyətinin icazəsi olmadan şirkətin bu faizi keçə bilməyəcəyi vurğulanıb.


 
Digər tərəfdən, ABŞ mətbuatında yer alan xəbərlərdə, Qətər Hava Yollarının Amerikan Hava Yollarından 10%-lik səhm satın almaq üçün təklif  verdiyi məlumatı yer alıb.

 

 
 Sözügedən təklifin ardından, Amerika Hava Yollarının Nyu-York Birjasında əməliyyat görən səhmləri günü 1,1 faiz artımla bağlayıb. Şirkətin bazar dəyəri də 24,3 milyard dollar olub.


 
 Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Yəmən bu ayın əvvəlində "terrora dəstək verməklə günahlandırdıqları" Qətər ilə diplomatik əlaqələrini kəsiblər.

23.06.2017 05:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ