Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisi start götürəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisi start götürəcək

Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisi start götürəcək.

 

Bakıda ardıcıl ikinci il təşkil olunacaq nüfuzlu yarışın əsas hissəsi iyunun 25-də olacaq.

 

Formula 1-in cədvəlinə əsasən, bu gün saat 13:00 və 17:00-da iki sərbəst yürüş keçiriləcək. Sonuncu sərbəst yürüş isə iyun 24-də, sıralama turundan 3 saat əvvəl – 14:00-da başlayacaq.

 

İyunun 25-də saat 15:30-da pilotların paradı olacaq. Açılış mərasimi isə 45 dəqiqə sonra start götürəcək. Saat 16:15-də dövlət himni səslənəcək. Və nəhayət, 17:00-da Qran Pirinin həlledici mərhələsi başlayacaq. Yarışda iştirak edən 10 komanda - "Mercedes" (Luis Hemilton və Valterri Bottas), "Red Bull" (Daniel Rikkardo və Maks Ferstappen), "Ferrari" (Sebastyan Fettel və Kimi Raykkonen), "Force İndia" (Serxio Peres və Esteban Okon), "Willams" (Felipe Massa və Lens Stroll), "McLaren Honda" (Fernando Alonso və Stoffel Vandorn), Toro Rosso (Daniel Kvyat və Karlos Sayns), "Haas" (Roman Qrojan və Kevin Maqnussen), "Renault" (Niko Hülkenberq və Colion Palmer) və "Sauber"in (Markus Eriksson və Paskal Verlyayn) ümumilkdə 20 üzvü hökümət meydanından başlayaraq, Qız Qalası, İçəri Şəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar.

 

Qeyd edək ki, Formula 1 üzrə 2017-ci il mövsümünə martın 26-da Avstraliya Qran Prisi ilə start verilib. Artıq yarışın 7 mərhələsi geridə qalıb. “Mersedes AMG” və komandanın sürücüsü Luis Hemilton hələlik liderdir.

 

© Report

23.06.2017 06:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ