Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Tesla Çində zavod açmağı planlaşdırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tesla Çində zavod açmağı planlaşdırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın elektrikli avtomobil (elektromobil) istehsalçısı Tesla-nın Çində zavod açmağı planlaşdırdığı bildirilib.


 
 "Marja" xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərlərdə, Tesla-nın Çində Şanxay bələdiyyəsilə danışıqlara başladığı və 2018-ci ilin sonuna qədər ən azı 500 min elektrikli avtomobil istehsal etməyi hədəflədiyi qeyd edilib.  

Reklam_3_11

 

 
Mütəxəssislər, Tesla-nın ABŞ-da istehsal edib Çinə ixrac etdiyi elektrik avtomobillər üçün 25 faiz gömrük rüsumu ödədiyinə diqqət çəkiblər. Şirkət Çin avtomobil bazarındakı payını artırmağı hədəfləyir.


 
Xəbərlərin ardından, Teslanın Nyu-York Birjasında dövriyyədə olan bir səhminin dəyəri 2,3 faiz artımla 385 dollara qədər yüksəlib. Şirkətin  bazar qiyməti də təxminən 64 milyard dollara çatıb.
 


Tesla, iki həftə əvvəl Almaniyanın avtomobil şirkəti BMW-ni geridə qoyaraq dünyanın ən dəyərli 4-üncü avtomobil şirkəti olmağı bacarmış, aprel ayında da ABŞ-ın General Motors şirkətini keçərək ABŞ-da bazar dəyəri ən yüksək avtomobil şirkəti olmuşdu.

23.06.2017 07:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ