Keçmiş deputat plaza tikdirir

Azərbaycanın baş nazirinin keçmiş birinci müavini, Abbas Abbasovun oğlu Dağıstanın Dərbənd şəhərinin tarixi hissəsində yerləşən Nizami parkının yanında çoxmərtəbəli VİP yaşayış kompleksi inşa etdirir. 

 

Bu barədə “RİA Dagestan” agentliyi xəbər yayıb. Agentliyin məlumatına görə, parkın ərazisində sürətli templə “Derbent-Plaza” yaşayış kompleksinin tikintisi davam edir. Baxmayaraq ki, parkın ərazisində hər hansı tikinti işlərinin aparılması qadağan olunmuşdu.

 

Dağıstan mediası yazır ki, tikinti işləri bir neçə ay əvvəl başlayıb. Apreldə binanın cəmi 3 mərtəbəsi tikilmişdisə, iyunun 20-nə olan məlumata görə, binanın artıq 7-ci mərtəbəsi tamamlanmışdı.

 

“Bəzi məlumatlara görə, bu layihə bir qrup sahibkar tərəfindən həyata keçirilir ki, onların arasında Dağıstan rəhbəri Ramazan Abdulatipovun yaxın dostu olan Abbas Abbasovun oğlu da var. Habelə fəhlələr arasında dolaşan şayiələrə görə, Rusiya İstintaq Komitəsinin yerli idarəsinin rəhbərinin də bu tikintiyə aidiyyəti var. Görünür, inşaatçıların saymazyana hərəkətinin də səbəbi buradan qaynaqlanır, onlar KİV-lərdə tikintinin qanunsuz olması barədə yazılanlara əhəmiyyət vermirlər” - "RİA Dagestan" bildirir.

 

Abbas Abbasovun oğlu Aydın Abbasov keçmiş deputatdır, bir vaxtlar Azərbaycanda da biznes aktivləri mövcud idi. Rusiya saytı yazır ki, tikinti Dərbənddəki tarixi-mədəni əhəmiyyətə malik olan Nizami parkında həyata keçirilir. Dərbənddəki həmyerlilərimiz isə bildirirlər ki, xəbərin bu hissəsi doğru deyil. Hotelin tikinti işləri parkın kənarındakı sahədə aparılır. Xəbəri bu şəkildə yayanların özəl məqsədləri var.

 

Nizami parkında əsaslı tikinti qadağandır. Xüsusən də parkın ərazisində 2015-ci ildə XVI əsrə aid qəbiristanlıq aşkar edilib. Lakin park baxımsızlıqdan xarabalığa və zibilliyə çevrilib. 

 

 OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

 

© Virtualaz.org

23 İyun 2017 , 09:20   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin