Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda hər fermerin məsləhət ala biləcəyi aqronom

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda hər fermerin məsləhət ala biləcəyi aqronom
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32


Bundan sonra Azərbaycanda hər fermerin məsləhət ala biləcəyi bir aqronom olacaq.

 

Reklam_3_11

Azərbaycanda kənd təsərrüfatı sahəsində ilk dəfə fermerlər üçün diaqnostik və məsləhət proqramı istifadəyə verilmişdir. “Dr. Agro” adlanan mobil proqramı Azərbaycanın ilk kənd təsərrüfatı və aqrar biznesin inkişafı üzrə konsaltinq və mühəndislik şirkəti olan “NPC Agro” tərtib etmişdir.

 

Şirkətdən “Marja”ya daxil olmuş məlumata görə, fermerlər artıq bu proqramın yazışma, şəkil göndərmək və birbaşa zəng kimi funksiyalarından istifadə etməklə kənd təsərrüfatı ilə bağlı yaranmış ümumi suallara 24-36 saat ərzində cavab tapa və ya bitki xəstəliklərini, həşəratları və yararlı qida maddələrinin çatışmazlığını müəyyən edə bilərlər. Dr. Agro həm ənənəvi, həm də alternativ müalicə üsulları təklif edərək birbaşa problemlərinqarşısını almağa kömək edəcək.

 

Xatırladaq ki, xaricdə təhsil almış bir qrup gənc tərəfindən yaradılmış startup konseptində fəaliyyət göstərən “NPC Agro” dünyanın 4 ölkəsində 10-dan çox böyük konsaltinq şirkətləri, həmçinin bu sahədə fəaliyyət göstərən ən yaxşı kənd təsərrüfatı və ətraf mühit universitetləri ilə əməkdaşlıq etməkdədir. Əsas məqsəd iqtisadiyyatının post-neft dövrünü yaşayan Azərbaycanda fəaliyyət göstərən iri, orta və kiçik sahibkarların bizneslərinin genişləndirilməsi, ölkənin ixrac potensialının artırılmasına töhfə verəcək rəqabətə davamlı məhsul istehsalı üçün müasir təcrübəni ölkə daxilində tətbiq etməkdir.

 

Yükləmək üçün: https://play.google.com/store/apps/details?id=com.heptahedron.flowers

23.06.2017 12:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ