5 il ərzində donanmanın genişlənməsinə 300 milyon investisiya qoyacaq

Fəaliyyətə başlamasından ötən beş il ərzində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (XDG) QSC-nin həyata keçirdiyi investisiyaların ümumihəcmi  300 mln. Dollar  təşkil edəcək.

 

Bunu 23 iyun –Dənizçi günü peşə bayramı münasibətilə keçirilən tədbirdə QSC-nin sədri Rauf Vəliyev deyib.

 

“3 il ərzində “Xəzər Dəniz Gəmiçiliyi” balansına 17 ədəd gəmi qəbul edib. Bu gəmilərin dəyəri $155 mln. təşkil edib. Gəmiçilik 5 illik investisiya proqramının həyata keçirilməsinə 300 mln. dollar sərmayə qoyacaq”, - deyə o qeyd edib.

 

Sədr əlavə edib ki, hazırda XDG-nin sifarişi ilə Gəmiqayırma Zavodunda 110 mln. dollar dəyərində 4 ədəd yeni gəmi inşa olunur.

 

R.Vəliyev hazırda “Xəzər Dəniz Gəmiçiliyi”nin 11 gəmisinin beynəlxalq sularda üzdüyünü vurğulayıb.

 

© İnterfaks-Azərbaycan

23 İyun 2017 , 15:22   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin