"KPMG"-nin audit apardığı banklar müflis olur"
“Azərbaycanda ötən il 11 bank bağlanıb, bunlardan ən böyük ikisi - “Bank Standard” və “Texnikabank”ın auditini “KPMG” şirkəti aparıb”.
Bunu “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin bu gün keçirilən iclasında Komitənin sədri Əkrəm Həsənov deyib.
Onun sözlərinə görə, şirkətin audit apardığı hər iki bankın müflis olması onun fəaliyyətinə şübhələr yaradır: “Üstəlik, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) da “Bank Standard”ın aktivlərinin qiymətləndirilməsinə həmin şirkəti cəlb edib. Bu, düzgün deyil. Adını çəkdiyim bankların 2012-ci ilə qədər kənar auditoru “PWC” audit şirkəti olub. Sonradan bu şirkətdə işləyən Vüqar Əliyev iş yerini “KPMG”yə dəyişib və köhnə müştərisi olan bankları da özü ilə aparıb. Məhz onun sayəsində son illər bu banklarda normal audit aparılmayıb. Bu məsələ ilə bağlı “KPMG”-nin baş ofisinə müraciət etmişik”.
ADIF-in iclasda iştirak edən nümayəndələri isə bildiriblər ki, əgər hansısa audit şirkətinin müştərisi olan bank müflis olursa, bu o demək deyil ki, həmin şirkətin xidmətindən daha istifadə etmək olmaz: “Dediyiniz “KPMG” böyük 4-lüyə daxildir və onun verdiyi rəy bütün dünyada qəbul edilir”.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
36 d. əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
45 d. əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 50 d. əvvəl
- 52 d. əvvəl
-
54 d. əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl