Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bank of Baku barədə mühüm xəbər - 91 MİLYON

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank of Baku barədə mühüm xəbər - 91 MİLYON
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

23 iyun 2017-ci il tarixində, Bank of Baku-nun Səhmdarlarının Ümumi Yığıncağının növbəti iclası keçirilib.

 

Reklam_3_11

Bankdan "Marja"ya daxil olmuş məlumata görə, iclasda, Bankın cari və gələcək fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunaraq, mühüm qərarlar qəbul olunub.

 

Belə ki, iclasda qəbul edilən əsas qərarlardan biri, Bankın kapitalının 91 milyon manat həcmində artırılmasından ibarətdir. Qeyd edək ki, hal-hazırda Bankın nizamnamə kapitalı 52 milyon 870 min manatdır. Kapital artımı nəticəsində Bankın nizamnamə kapitalı 143 milyon 870 min manat təşkil edəcək. Kapital artımı ilə bağlı qərarın icrasının ən qısa zaman ərzində həyata keçirilməsi nəzərdə tutulub.

 

Bu qərarın icrası ilə Bank of Baku-nun məcmu kapitalının həcmi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən olunmuş normativ tələblərə tam cavab verəcək.

 

2016-cı ilin sonuna olan məlumata görə, Bank of Baku-nun səhmdarları:

 

NAB Holding – 35%

Hikmət İsmayılov 31,11%

Azpetrol neft şirkəti 28,89%

Elçin İsayev – 5%

23.06.2017 14:47

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ