“Bank of Baku”ya yeni səhmdar gəlmir
“Bank of Baku”nun kapitalının 91 milyon manat həcmində artırılması mövcud səhmdarlarının vəsaitləri hesabına təmin ediləcək.
Bu barədə “Marja”nın sorğusuna cavab olaraq Bankdan bildirilib.
“Kapital mövcud səhmdarların hesabına artırılır. Yeni pay bölgüsü haqqında bir müddət sonra məlumat veriləcəkdir”.
2016-cı ilin sonuna olan məlumata görə, Bank of Baku-nun səhmdarları NAB Holding – 35%, Hikmət İsmayılov - 31,11%, Azpetrol neft şirkəti -28,89% və Elçin İsayevdir – 5%.
Xəbər verdiyimiz kimi, 23 iyun 2017-ci il tarixində, Bank of Baku-nun Səhmdarlarının Ümumi Yığıncağının növbəti iclası keçirilib. İclasda Bankın kapitalının 91 milyon manat həcmində artırılması barədə qərar verilib. Qeyd edək ki, hal-hazırda Bankın nizamnamə kapitalı 52 milyon 870 min manatdır. Kapital artımı nəticəsində Bankın nizamnamə kapitalı 143 milyon 870 min manat təşkil edəcək. Kapital artımı ilə bağlı qərarın icrasının ən qısa zaman ərzində həyata keçirilməsi nəzərdə tutulub.
Bu qərarın icrası ilə Bank of Baku-nun məcmu kapitalının həcmi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən olunmuş normativ tələblərə tam cavab verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
12 d. əvvəl
ADAU ilə “Hacıqabul Quşçuluq Şirkəti” MMC arasında memorandum imzalanıb
-
34 d. əvvəl
Azərbaycanın cari əməliyyatlar balansının profisiti kəskin azalıb
-
59 d. əvvəl
Azərbaycan Səudiyyə Ərəbistanında beynəlxalq ərzaq sərgisinə qatılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan sentyabrda Türkiyənin üç şəhərinə ixrac missiyası təşkil edəcək
-
13 saat əvvəl
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
- 14 saat əvvəl
-
16 saat əvvəl
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
- 17 saat əvvəl