Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Bank of Baku”ya yeni səhmdar gəlmir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bank of Baku”ya yeni səhmdar gəlmir

“Bank of Baku”nun kapitalının 91 milyon manat həcmində artırılması mövcud səhmdarlarının vəsaitləri hesabına təmin ediləcək.

 

Bu barədə “Marja”nın sorğusuna cavab olaraq Bankdan bildirilib.

 

“Kapital mövcud səhmdarların hesabına artırılır. Yeni pay bölgüsü haqqında bir müddət sonra məlumat veriləcəkdir”.

 

2016-cı ilin sonuna olan məlumata görə, Bank of Baku-nun  səhmdarları NAB Holding – 35%, Hikmət İsmayılov - 31,11%, Azpetrol neft şirkəti -28,89% və Elçin İsayevdir – 5%.

 

Xəbər verdiyimiz kimi, 23 iyun 2017-ci il tarixində, Bank of Baku-nun Səhmdarlarının Ümumi Yığıncağının növbəti iclası keçirilib. İclasda Bankın kapitalının 91 milyon manat həcmində artırılması barədə qərar verilib. Qeyd edək ki, hal-hazırda Bankın nizamnamə kapitalı 52 milyon 870 min manatdır. Kapital artımı nəticəsində Bankın nizamnamə kapitalı 143 milyon 870 min manat təşkil edəcək. Kapital artımı ilə bağlı qərarın icrasının ən qısa zaman ərzində həyata keçirilməsi nəzərdə tutulub.

 

Bu qərarın icrası ilə Bank of Baku-nun məcmu kapitalının həcmi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən olunmuş normativ tələblərə tam cavab verəcək.

23.06.2017 15:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ