Sökülən "Araz" hotelinin yerində nə inşa olunur?
Xətai rayonu Yusif Səfərov və Fəzail Bayramov küçələri arasında yeni yol inşa edilir.
"Azəravtoyol" ASC-dən verilən məlumata görə, dörd hərəkət zolaqlı olacaq yolun uzunluğu 260 metrdir. 1 metr enində ayrıcı zolaqla birlikdə yeni küçənin eni 16 metr təşkil edəcək. Hər iki tərəfdə vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə piyada səkiləri də inşa olunur. Piyada səkilərinin eni 2-3 metr arası dəyişir. Sutkanın qaranlıq saatlarında yolun hərəkət hissəsini işıqlandırmaq məqsədi ilə yol ayrıcına 10 ədəd işıq dirəyi quraşdırılacaq.
Hazırda ərazidə yararsız qrunt 1 metr dərinlikdə qazılaraq çıxarılır bunun əvəzinə karbonat materialı tökülərək yeni yol yatağı inşa olunur. Daha sonra qum-çınqıl və optimal qırmadaş qarışından ibarət yol əsasının inşası işləri aparılacaq. Torpaq işləri bitdikdən sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək. Ümumilikdə yolun hərəkət hissəsinin 4 min kvadratmetr sahəsinin asfaltlanması nəzərdə tutulub. Yol ayrıcına və səkilərin kənarlarına 1 min paqon-metr səki daşı düzüləcək.
Tikinti işləri bitdikdən sonra yeni küçədə hərəkətin normal təşkili üçün yol nişanları quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.
Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla və "Azəravtoyol" ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə həyata keçirilir. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Qeyd edək ki, bir neçə gün öncə sözügedən ərazidə yerləşən "Araz" hoteli sökülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
15 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
16 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 16 saat əvvəl
-
16 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 16 saat əvvəl
-
19 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 19 saat əvvəl
-
19 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
19 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir