Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Nə qədər jurnalist ev üçün müraciət edib? - Say açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nə qədər jurnalist ev üçün müraciət edib? - Say açıqlandı

Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış Komissiyaya sənədlərin qəbulu başa çatıb.

 

Bu məlumatı açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli verib.

 

V. Səfərli bildirib ki, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış Komissiyaya sənədlərin qəbulu  may ayının 22-dən başlayaraq  iyun ayının 22-dək davam etdirilib: “ Bu müddət ərzində yaradılmış Müvafiq Komissiyaya 850-ə yaxın sənəd təqdim edilib. Bundan əlavə KİV əməkdaşları tərəfindən mənzillərlə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına da sənədlər daxil olub. Biz Komissiya toplanmış sənədləri iyul ayının 1-dək seleksiya edərək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edəcəyik”.

 

Qeyd edək ki, 2013-cü il, iyul ayının 22-də prezident İlham Əliyev Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Həmin sərəncama əsasən KİV əməkdaşları üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda 3 girişli, 17 mərtəbəli, 255 mənzildən ibarət daha bir bina inşa edilib. Jurnalistlər üçün tikilən ikinci binadakı mənzillər bu ilin iyul ayının 22-də, Milli Mətbuat günündə sahiblərinə təqdim ediləcək. 

 

Xatırladaq ki,  Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" 2010-cu il 22 iyul tarixli 1041 nömrəli Sərəncamına uyğun olaraq dövlət vəsaiti hesabına 17 mərtəbəli, iki bloklu, 156 mənzilli bina tikilərək  2013-cü ildə jurnalistlərin istifadəsinə verilib. 

 

© Movqe.az

23.06.2017 21:49

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ