Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Tam yeni Hyundai Accent artıq Azərbaycanda!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tam yeni Hyundai Accent artıq Azərbaycanda!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Hyundai markasının Azərbaycanda rəsmi distribyuteri “Auto Azərbaycan” şirkəti Yeni Accent modelinin satışına başlayıb.

 

Reklam_3_11

Şirkətdən “Marja”ya bildirildi ki, artıq Yeni Accent Hyundai salonlardadır. Azərbaycanda Accent 3 fərqli spesifikasiyada “Elegance 1.6 Benzin”, “Comfort 1.6 Benzin”  və “Comfort 1,4 Benzin” satışa təqdim olunur.

 

Yeni sedan sələfi ilə müqayisədə 3 samtimetr uzun və enli olmuşdur. Beləliklə, yeniAccent modelinin qabarit uzunluğu 4405 millimetrə, eni isə 1729 millimetrə bərabərdir. Yığcam sedanın təkər bazasının uzunluğu 2600 millimetr təşkil edir. Avtomobilin təkər izi də genişlənmişdir.

 

Bundan əlavə, baqaj bölümünün həcmi 10 litr artaraq 480 litrə çatmışdır.  Digər tərəfdən, avtomobil Elantra modelindən tanış olan yeni yarımsərbəst asqını da əldə etmişdir. Hyunadi Accent gücü 107 at qüvvəsindən 99 at qüvvəsinə azaldılmış 1,4-litrlik mühərriklə təchiz edilir.

 

Qeyd etmək lazımdır ki, mühərrikin fırlanma anı da 135 Nm-dən 132 Nm-ə qədər a zaldılmışdır.

 

1,6-litrlik mühərrik isə dəyişən uzunluqlu və ikinci fazadəyişəni olan daxilolma kollektoru ilə təchiz edilir. Mühərrikin gücü əvvəlki kimi 123 at qüvvəsi təşkil etsə də, fırlanma anı 150 Nm qədər azaldılmışdır. Güc aqreqatları altı pilləli mexaniki və ya avtomatik ötürmələr qutusu ilə komplektləşdirilə bilər.

 

Bir müddət sonra modelin mühərrik çeşidinə 2,0-litrlik mühərrik də daxil ediləcəkdir. Accent modeli dörd təchizat səviyyəsində təklif ediləcəkdir: Active, Active Plus, Comfort və Elegance.

 

Avtomobil standart olaraq sürücü və sərnişinin təhlükəsizlik yastıqları, ön elektrik şüşəqaldıranlarla, stabilizasiya sistemi, şinlərdəki təzyiqə nəzarət sistemi ilə təchiz ediləcəkdir. Active Plus səviyyəsi güzgülərin elektriklə idarə edilməsini, USB portu olan audiosistemi, ön oturacaqların qızdırılmasını əldə edəcəkdir. Comfort səviyyəsi dəri sükan, kondisioner, arxa elektrik şüşəqaldıranlar, mərkəzi kilid və Bluetooth sistemi ilə öyünə bilər. Ən bahalı  variant isə parktronik, işıq vericisi, klimat-kontrol, naviqasiya, linzalı fənərlər və duman əleyhinə işıqlar ilə təchiz ediləcəkdir. Əlavə ödənişlə alın şüşəsinin və arxa oturacaqların qızdırılmasını, döngələrin işıqlandırılmasını, açarsız giriş və arxa görüntü kamerasını sifariş etmək mümkündür.

 

Siz də rəsmi satış mərkəzlərinə yaxınlaşın və 2018-ci il, Tam Yeni Hyundai Accent modelini sınaqdan keçirin. Ətraflı məlumat üçün telefon 989

 

http://www.hyundai.az/az/yeni-accent

24.06.2017 10:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ