Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Amerikalılar "Nestle"nin ən böyük səhmdarından biri oldular

iç səhifə xəbər başlığı altı (mobil)_31
Amerikalılar "Nestle"nin ən böyük səhmdarından biri oldular

İsveçrənin qida nəhəngi "Nestle"nin səhmlərinin bir hissəsi, amerikalı məşhur investor Daniel Loebin sahibi olduğu 18 milyard dollarlıq investisiya fondu "Third Point" tərəfindən satın alınıb.

 

Reklam_3_11

 Beləliklə amerikalılar, "Nestle"nin ən böyük 8-ci səhmdarı olublar.
 


"Marja" xəbər verir ki, təxminən 3.5 milyard dollar məbləğində səhm alışı, "Nestle"nin ümumi səhmlərində yalnız 1%-dən bir az artıq bir nisbətə uyğun gəlsə də, bu proses bir özəl fond tərəfindən həyata keçirilən ən böyük alış olaraq qeydə alınıb. Əvvəlki rekordlar ötən illərdə Yahoo və Yapon nəhəngi Sony-ə aid idi.

 

Digər bir xəbərə görə, İsveçrənin "Nestle" şirkətinin Fransanın kosmetik məhsulları istehsalçısı "L'Oreal"dəki 23 faiz səhmini geri satmağı planlaşdırır.  

 

Qeyd edək ki, Nestle, 2014-ci ildə təxminən 8 faiz səhmləri 6.5 milyard avro qarşılığında Fransa şirkətinə geri satmış və L'Oreal-ın idarə heyətində nümayəndə sayı bir nəfər düşərək 2-yə enmişdi. Bundan əvvəl "Nestle"nin  ABŞ-dakı şirniyyat şirkətini 900 milyon dollara satacağı da bildirilmişdi.


 
"Nestle" rəsmiləri məsələ ilə bağlı hər hansı bir açıqlama verməyiblər.  Şirkətin yeni bazar tapmaqda çətinlik çəkdiyi və inkişaf etməkdə olan bazarlarda da qiymətləri endirdiyi bilinir.

 

Daniel Loeb, dünyanın ən iri qida  istehsalçısı "Nestle"dən mənfəət marjasını artırmasını, əsl işi olmayan şirkətlərdəki paylarını satacağını gözləyir. "Third Point"ın, fondun investorlarına yazdığı məktubda "Nestle"dən mövqeyilə bağlı bir sıra məlumatlar istədiyini, L'Oreal ilə olan əlaqəsinin  müzakirə edildiyini qeyd edib.

 

Almaniyanın səhiyyə sisteminin önəmli oyunçularından "Fresenius"dan "Nestle"yə transfer edilən sirkən yeni rəhbəri Mark Schneider da bu istiqamətdə, yanvar ayından bu yana böyümə addımları üçün şirkəti yenidən formalaşdırmağa çalışır.
 
"Third Point" tərəfindən yazılan məktubda da buna diqqət çəkilərək; "Uğurlu olmaq üçün, şirkətin uzun zamandır gözləniləni verməyən əvvəlki rəhbərliyinin əksinə,  Scheniderın qərarlı və cəsarətli fəaliyyət planı açıqlaması lazımdır" deyilir. Bundan başqa, "Nestle"nin  mənfəət marjasının 18-20 faiz arasında saxlaya bilməsinin vacibliyi vurğulanıb.

26.06.2017 09:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ