"Sonu çox pis olacaq" - ÇÖKÜŞ BAŞLAYACAQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Sonu çox pis olacaq" - ÇÖKÜŞ BAŞLAYACAQ

TƏLİM HESABI İLƏ QAZANMAĞI ÖYRƏN !

 

"Doktor Qiyamət"ə görə, birjalarda 40%-ə çatan azalmalar ola bilər


 
"The Gloom, Boom & Doom Report"un redaktoru olan və eyni zamanda "Doktor Qiyamət" kimi tanınan investor Mark Faber-ə görə, birjaları olduqca kəskin azalmalar gözləyir.


 
Faber birjaların 40 faiz və ya daha çox düşə biləcəyi fkirindədir. Belə olarsa S&P 500 İndeksi cümə günkü bağlanış rəqəmi olan 2438 bənd səviyyəsindən 1463 bəndə qədər düşə bilər. 

 

"Marja" xəbər veri ki, CNBC-də yer alan xəbərə görə, Faber 8 ildən uzun bir müddətdir ki, birjaların "öküz" bazarında qaldığını bildirərək, "Nasdaq yalnız bir neçə səhmlə istiqamət tapır və qalxır. Texniki baxımdan baxılanda bu "ralli"dir. Çox sağlam deyil, dəyərlənmələr çox yüksəkdir" deyə bildirib.


 
ABŞ-da Nasdaq İndeksi 2 həftə əvvəl 6341.70 bəndə çataraq tarixi zirvə səviyyəyəsinə qalxmışdı.
 
 
Faber, "çox volatillik var, çöküş başlayanda çox azalma olduğunu görəcəyik. "Dow"nu 100 minə qaldırmağa yetəcək qədər pul basa bilərsiniz. Amma demək istəyirəm, sonu çox pis olacaq". deyib.


 
Ancaq Faber-ə görə bu tərz bir azalma 2003 və 2009-ci illərdə olduğu kimi alış imkanı da yarada bilər. 

 

Mark Faber doğru böhran proqnozları verdiyinə görə "Doktor Qiyamət" ləqəbəini almışdır.

 

Bundan əvvəl qlobal bazarların ən məşhur investorlarından biri olan Cim Rocers (Jim Rogers) “Həyatınız boyu yaşayacağınız ən böyük böhran olacaq" deyərək xəbərdarlıq etmişdi.

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

26.06.2017 09:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ