Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Qlobal bazarlar Mərkəzi Bankların açıqlamalarını gözləyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal bazarlar Mərkəzi Bankların açıqlamalarını gözləyir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünya maliyyə bazarları bu həftə ABŞ Federal Ehtiyat Sisteminin (FED), Avropa Mərkəzi Bankının (ECB), Yaponiya Mərkəzi Bankının (BoJ) və Britaniya Mərkəzi Bankının (BoE) rəhbərlərinin açıqlamalarına görə öz trendini müəyyən edəcək.

 

Reklam_3_11

Bu gün ECB rəhbəri, sabah, yəni iyunun 27-də FED rəhbəri, iyunun 28-də BoE, BoJ və ECB rəhbərlərinin və FED Açıq Bazar Komitəsinin (FOMC) üzvü Con Uilyams və Patrik Xarkerin çıxışları olacaq. Çərşənbə günü isə digər FOMC üzvü Nil Qaşkarinin çıxışı gözlənilir.

 

Qeyd edək ki, maliyyə bazarları əsasən FED rəhbərinin və FOMC üzvlərinin ABŞ iqtisadiyyatı ilə bağlı fikirlərini diqqətlə izləyəcək. Belə ki, bu çıxışlar FED-in bu il uçot dərəcəsini artırıb artırmayacağını və monetar sərtləşdirmə tədbirlərinə nə vaxt başlayacağını ehtimal etmək imkanı verəcək.

 

İqtisadi göstəricilər arasında ən maraq kəsb edən ABŞ-da fiziki şəxlərin gəlir və xərcləri, Almaniyada işgüzar mühit indeksi (İFO), pərakəndə satışlar və məşğulluq olacaq. Britaniyada isə həmçinin siyasi proseslər diqqət cəlb edəcək. Britaniya baş naziri Tereza Mey bu həftə ərzində Demokrat yunionist partiya ilə razılıq əldə etməsə öz kürsüsünü itirəcək. Bu isə funt sterlinqin kəskin ucuzlaşmasına səbəb ola bilər. 

 

PULDAN PUL QAZANMAQ İSTƏRDİNİZMİ?

 

© Report

26.06.2017 09:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ