ABŞ-da qazılan neft quyuları daha da artıb
ABŞ-da qazılan neft quyularının sayı iyunun 17-dən iyunun 23-dək 8 ədəd və ya 0,86% artaraq 941-ə çatıb.
ABŞ-ın "Baker Hughes" şirkətinin məlumatında, hesabat həftəsində aktiv qazılan quyuların sayı 11 ədəd və yaxud 1,47% artaraq 758 ədəd, o cümlədən, qaz quyularının sayı 3 ədəd və yaxud 1,61% azalaraq 183 ədəd olub.
Qeyd edək ki, quyular son 23 həftədir ardıcıl olaraq artım göstərir. Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 428 və yaxud 129,7%, qaz quyularının sayı isə 93 ədəd və ya 103,3%, ümumilikdə isə neft-qaz quyularının sayı 520 ədəd və yaxud 123,5% artıb.
Xatırladaq ki, ABŞ-da qazılan neft quyularının sayı ötən il mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda neft quyularının sayı minimal həddən 2,4 dəfə çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 52,9% aşağıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 26 d. əvvəl
-
31 d. əvvəl
Prezidentlər dağıdılmış yerlərə baxıb, Baş planlar ilə tanış olublar
- 50 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan dövləti 2024-cü ilin ilk 3 ayında 1 milyard 88 milyon manat borc ödəyib
- 3 saat əvvəl