Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Özbəkistan faiz artırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Özbəkistan faiz artırdı

Özbəkistan Mərkəzi Bankı iyunun 28-dən etibarən uçot dərəcəsini 9%-dən 14%-ə qaldırmaq barədə qərar qəbul edib.

 

Belə bir qərar alınmasına səbəb kimi ölkədə inflyasiyanın sürətlənməsi və artmağa davam edən inflyasiya risklərinə qarşı tədbirlərin alınması bildirilib.

 

Özbəkistan Mərkəzi Bankı həmçinin qeyd edib ki, uçot dərəcəsinin artırılması monetar amillərlə əlaqəlidir. Belə ki, iqtisadiyyatın kreditləşməsi templəri sürətlənib və milli valyuta ötən illə müqayisədə devalvasiyaya uğrayıb. Hazırkı faiz dərəcəsi isə kredit resurslarına spekulyativ tələbi artırıb.

 

Qeyd edək ki, ilin əvvəlindən özbək milli valyutası som dollarla müqayisədə 17,8% ucuzlaşıb. Nəticədə məzənnə 3 231,48 UZS/USD-dən iyunun 24-nə olan məlumata görə 3 930,91 UZS/USD-ə yüksəlib. 

 

© Report, Vestifinance 

 

26.06.2017 11:26

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ