BP-dən "Səngəçal terminalı" açıqlaması

Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki neft-qaz terminalı adi rejimdə işini davam etdirir.

 

Bu barədə  terminalın operatoru olan “BP-Azerbaijan”ın mətbuat xidmətindən məlumat verilib.

 

Məlumatda qeyd olunur ki, Səngəçal temrinalındakı ixrac boru kəmərlərində bütün işlər və əməliyyat fəaliyyəti adi rejimdə davam edir.

 

Qeyd edək ki, bu gün Bakı şəhəri, Qaradag rayonunda diametri 1000-1200 mm olan 2 ədəd qaz xəttində yanğınla nəticələnən partlayış baş verməsi barədə məlumat daxil olub.

 

Hadisə nəticəsində xəsarət alan olmayıb, yanğının söndürülməsi işləri davam edir, yaşayış məntəqələri üçün təhlükə yoxdur.

 

©Trend

27 Dekabr 2017, 12:44   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]