Mobil manşet üstü reklam-3_21

İtaliya 2 bankı belə xilas edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
İtaliya 2 bankı belə xilas edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İki İtalyan bankı üçün xilasetmə planı işə düşür


İtaliya hökuməti ölkədə iflasın astanasında olan iki bankın xilas edilməsi üçün ilk mərhələdə 5 milyard 200 milyon avro likvidlik dəstəyi təmin olunmasına qərar verildiyini açıqlayıb.


 
"Marja"nın məlumatına görə, İtaliya hökumətindən bildiriblər ki ölkənin aparıcı banklarından "Banca Popolare di Vicenza"nın və "Veneto Banca"nın xilas edilməsi üçün ilk mərhələdə 5 milyard 200 milyon avroluq  likvidlik təmin edilməsinə qərar verildiyi qeyd olunub.


 
Açıqlmada sözügedən bankların problemli kreditlərinin ödənilməsi üçün ilk fazada 5 milyard 200 milyon avro ödənəcəyi, bankların riskli kreditlərinə görə yarana biləcək mümkün itkilər üçün isə 12 milyard avro qarşılığında dövlət zəmanəti təmin olunacağı qeyd edilib.


 
Bu şəkildə uzun perspektivdə ümumi xilasetmə paketinin həcminin 17 milyard 200 milyon avroya çıxması gözlənilir.


 
Avropa Birliyi Komissiyasının da təsdiq etdiyi xilasetmə planı çərçivəsində İtaliyanın bazar dəyəri ən yüksək bankı olan "Intesa Sanpaolo", batmaqda olan bu iki bankın mənfəət gətirən aktivlərini (yaxşı aktivlərini) satın almağı planlaşdırır. "Veneto Banca" və "Banca Popolare di Vicenza"nın aktivləri "pis" və "yaxşı" aktivlərə ayrılacaq.


 
İtaliyanın Baş naziri Paolo Gentiloni xilasetmə planının əmanət sahiblərinin və bank sisteminin sabitliyinin qorunması üçün lazımlı olduğunu bildirib.


 
 İtaliyanın İqtisadiyyat naziri Pier Karlo Padoan isə məsələyə dair keçirdiyi mətbuat konfransında "Bizi tənqid edənlərin daha yaxşı alternativin nə olduğunu söyləməsi lazımdır. Mən görmürəm"şəklində danışıb.

 

İtaliyanın bank sistemi hələ də Avropa Birliyinin çətinlikləri arasında yer alır. İtaliya banklarının təxminən 350 milyard avroluq geri ödənməyən kreditləri olduğu güman edilir. Bu miqdar, Avro bölgəsindəki bənzər kreditlərin üçdə birini təşkil edir.

26.06.2017 16:53

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ