Dərman fabrikinin tikintisinə başlanacağı tarix açıqlandı

"Son 3 ildə İranla Azərbaycan arasında münasibətlər daha da inkişaf edib. Həmçinin, ölkə başçılarının qarşılıqlı səfərləri olub. Bu səfərlər çərçivəsondə 40-dək sənəd imzalanıb". Bunu Azərbaycan-İran iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının bu gün Bakıda keçirilən XI iclasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

 

Ş.Mustafayev qeyd edib ki, Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin birinci hissəsinin icrası artıq başa çatıb: "Son illər bizim hökumət nümayəndələrinin 100-ə yaxın səfəri olub. Hökumətlərarası Komissiyanın işinin uğurla təşkilinə görə, Komissiyanın İran tərəfindən sədri Vaezi Prezident tərəfindən Dostluq Ordeni ilə təltif edilib".

 

Nazir deyib ki, yanvarın ilk yarısında Bakıda İran şurkətlərinin də iştirak etdiyi dərman fabrikinin tikintisinin əsası qoyulacaq.

 

©Report

27 Dekabr 2016 , 12:47   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin