Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neft ucuzlaşan Dollar ilə bahalaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft ucuzlaşan Dollar ilə bahalaşır

Dünən Brent neftin barelinin qiyməti 45,68 dollardan günə başlamış və gün ərzində ən yüksək 46,19 dolları görmüşdü. “Marja” xəbər verir ki, bu səhər günə 45,85 dollardan başlayan Brent nefti saat 12.20-dək  0,9 faiz artaraq 46,26 dollar olub. Eyni dəqiqələrdə Qərbi Texas (WTI) növü xam neftinin barreli isə 43,57 dollardan alıcı tapıb.

 

Dünən və bu gün neftin bahalaşması Dolların ucuzlaşması ilə bağlıdır. Adətən dollar ucuzlaşan zaman ABŞ valyutası ilə ticarət olunan əmtələrin qiymətləri qalxır.

 

Avro Dollar qarşısında 0,5% dəyərdən düşüb. Avro/Dollar məzənnəsi 1.1240 səviyyəsini görüb.

 

Analitiklər Liviyanın xam neft istehsalının son 4 ilin zirvəsinə çıxdığına diqqəti çəkərək, hasilatın artmağa davam etdiyinə və bunun qiymətlər üzərində aşağı istiqamətli təzyiq yaratdığına diqqəti çəkirlər.

 

Həmçinin ən böyük neft istehlakçıları olan ABŞ, Çin və Hindistanda qısa və orta müddətdə tələb artımı gözlənməməsi də neft qiymətlərini təzyiq altında saxlayır.

 

 Neft bazarı bu gün ABŞ-da açıqlanacaq həftəlik neftbaza məlumatlarını gözləyir.

 

Mütəxəssislər, Brent neftdə texniki olaraq 46,04 ilə 46,12 dollar aralığının müqavimət bölgəsi, 46,20 ilə 46,28 dollar aralığının isə dəstək səviyyəsi olaraq izlənəcəyini bildirir.

 

MƏBLƏĞİ, MÜDDƏTİ ARTDI, FAİZİ AZALDI – NAĞD KREDİT

27.06.2017 10:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ