Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

AMB/Draghi: Təşviqlər davam etməlidir

iç səhifə xəbər başlığı altı (mobil)_31
AMB/Draghi: Təşviqlər davam etməlidir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropa Mərkəzi Bankının sədri Mario Draghi iqtisadiyyatda toparlanmanın davam etdiyini, ancaq təşviqlərin davam etməsi lazım olduğunu bildirib.


 
"Marja" xəbər verir ki, Portuqaliyada keçirilən forumda çıxış edən Mario Draghi inflyasiya dinamikalarının gözləntilərdən daha aşağı olması səbəbindən hazırkı pul siyasətinin davam etdirilməsi lazım olduğunu bildirib.

 

Sədr "pul siyasətinin işə yaradığını və inflyasiyada da təsirlərinin mərhələli olaraq görüləcəyindən əmin ola bilərik" deyib.
 

Draghi, inflyasiyaya təzyiq amillərinin müvəqqəti olduğunu ancaq inflyasiyanın hədəfə geri dönüşündən əmin olmaq üçün pul siyasətində davamlılığa ehtiyac duyulduğunu ifadə edib.
 
 
 Avro Zonasında iqtisadi artımın 16 rübdür davam etdiyini bildirən Draghi, bunları qeyd etdi:

 
"Bu  artım prosesində pul siyasətinin rolu açıqdır".

 
Aktivlərin alışı proqramının elanından sonra, yəni  2015-ci ilin Yanvarın ayından  bu yana Avro Zonasında ümumi daxili məhsulun 3,6% artdığına diqqəti çəkən Draghi, həmçinin bankın tətbiq etdiyi pul siyasətinin inflyasiyanı 2016-2019 illəri arasında 1,7 faiz bəndi artacağını təxmin etdiklərini bildirib.
 

Draghi, "Pul siyasətinin təsirli olduğuna, işə yarayacağı na inanırıq. Bütün işarələr indi Avro Bölgəsinin gücləndiyinə işarə edir. Deflyasiya amillərinin yerini inflyasiya amilləri alır. İnflyasiya dinamikalarının davamlı olması, yəni öz-özünü davam etdirə bilməsi üçün əhəmiyyətli miqdarda pulla təşviqə ehtiyac var. Beləliklə, inflyasiyanın hədəfə (2%-ə) qalxması  üçün pul siyasətimizdə davamlılığa ehtiyacımız var", deyib.

 

Draghinin çıxışından sonra Avronun Dollar qarşısında bahalaşması davam edib. Avro/Dollar məzənnəsi 0,9% artaraq 1.1280 olub.

 

TƏLİM HESABI İLƏ QAZANMAĞI ÖYRƏN !

27.06.2017 14:27

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ