Xaçmazda 25 il fasilədən sonra bir ilk
Xaçmaz şəhərində 25 ildən artıq müddətdə fəaliyyətsiz qalan kinoteatrda əsaslı təmirdən sonra ilk film nümayiş etdirilib.
Rayondakı Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən “Xəzər” kinoteatrının binası tamamilə yenidən qurularaq filmlərin yüksək səviyyədə nümayişi üçün müasir avadanlıqla təchiz edilib.
İlk filmin təqdimatı münasibətilə təşkil olunan mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri, Azərbaycanın tanınmış kino və incəsənət xadimləri və filmi izləməyə gələn kinosevərlər iştirak ediblər.
Xaçmaz regional mədəniyyət və turizm idarəsinin rəisi Nazim Ağayev məlumat verib ki, müasir kinoteatr binasında 300 nəfərlik iclas və konsert zalları mövcuddur. Əvvəllər baxımsız vəziyyətdə olan kinoteatr binasında bundan sonra film və müxtəlif səhnə əsərləri nümayiş etdiriləcək ki, bu da rayon sakinlərinin istirahət vaxtlarının daha səmərəli təşkili üçün əlavə imkanlar yaradır.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, Xalq Artisti Afaq Bəşirqızı, Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə və başqaları da çıxışlarında regionlarda mədəniyyət ocaqlarının fəaliyyətinin əhəmiyyətindən danışıblar.
“Xəzər” kinoteatrında əsaslı təmirdən sonra ilk nümayiş etdirilən film Ülviyyə Könülün rejissorluğu ilə ekranlaşdırılan “Həddən artıq uyğunluq” bədii filmi olub. Film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 d. əvvəl
- 3 d. əvvəl
- 7 d. əvvəl
- 12 d. əvvəl
-
14 d. əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 19 d. əvvəl
- 22 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
1-ci rübdə bank sektorunda 311,5 milyon manat xalis mənfəət formalaşıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Biz ölkənin ən böyük müştəri bazasına malik bankıyıq" - MÜSAHİBƏ