Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Neft nəhənginə kiber hücum

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft nəhənginə kiber hücum
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Rosneft", rəsmi "Twitter" hesabından verdiyi açıqlamada şirkət serverlərinin çox böyük kiber hücum altında olduğunu açıqlayıb.

 

Reklam_3_11

Rusiya Federasiyasının əksəriyyət hissəsinə sahib olduğu neft nəhəngi, hücumun araşdırılması üçün ölkənin informasiya idarəsinə müraciət edib
 


Kiber hücum hələ neft hasilatına təsir etməsə də, çox ciddi nəticələri ola biləcəyini söyləyən "Rosneft", hər ehtimala qarşı şirkətin ehtiyat nəzarət sisteminin işə saldığını açıqlayıb.

 

"Rosneft"in sosial media hesabı üzərindən verdiyi bəyanatda deyilir:


 
"Ümid edirik ki, kiber hücum hazırda davam etməkdə olan məhkəmə işi ilə bağlı deyil".


 
Çünki bu gün, səhər saatlarında, "Rosneft"in rəqiblərindən olan "Sistema Holding"ə aid "Bashkortostan Enerji" şirkətinin baş meneceri Vladimir Yevtuşenkovun bütün aktivlərini dondurulduğu bildirilmişdi.


 
Məhkəmə qərarına əsasən "Sistema Holding"in səhiyyə xidməti təqdim edən şəbəkəsi "Medsid"ə olan bütün səhmləri ilə yanaşı "Bashkortostan Enerji"dəki  90,47 faiz və mobil operator şirkəti MTS-dəki 31,76 faiz hissəsinə də məhdudiyyət gtətbiq eildmişdi.


 
"Rosneft"in bəhs etdiyi məhkəmə isə, Sovet Neft Nazirliyinin aktivlərinin transferilə qurulan "Bashneft"i 2009-ci ildə 2.5 milyard dollar qarşılığında satın aldıqdan sonra, "Sistema"nın 2014-ci ilə qədər şirkətə məxsus 3 milyard dollarlıq aktivlərini ələ keçirməsilə ilə bağlı idi.


 
 UKRAYNADA DA KİBER HÜCUM BAŞ VERİR


 
Digər tərəfdən, Ukraynanın təyyarə istehsalçısı "Antonov"un da bəzi bank, enerji şirkətləri və hava limanları birlikdə kiber hücum altında olduğu açıqlanıb.  Verilən ilk açıqlamada isə hücumun ciddiliyi və nəticələri ilə bağlı hələ bir dəqiqləşdirmə olmadığı bildirilib

27.06.2017 15:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ