Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Putin Rusiyanın Ermənistandakı qoşunları üzrə nümayəndə təyin edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Putin Rusiyanın Ermənistandakı qoşunları üzrə nümayəndə təyin edib

Rusiya prezidenti Vladimir Putin müdafiə nazirinin müavini Nikolay Pankovu Rusiya-Ermənistan qoşunlarının birləşdirilmiş qrupuna dair sazişin ratifikasiyası məsələsinin  parlamentdə müzakirəsi prosesində prezidentin nümayəndəsi vəzifəsinə təyin edib. Bu barədə Rusiya mətbuatı məlumat verir.  

 

Reklam_3_11

Qeyd edək ki, Vladimir Putin 2016-cı ilin noyabrında müvafiq razılaşmanı təsdiqləyib. Yaradılan qurumun silahlı hücuma, tərəflərin təhlükəsizliyinə mümkün təhdidlərə adekvat reaksiya verəcəyi nəzərdə tutulur.

 

Qrup komandanı Rusiyanın ali baş komandanı ilə razılaşdırıldıqdan sonra Ermənistanın ali baş komandanı tərəfindən təyin edilir.

 

Sülh şəraitində Qrup komandanı Ermənistanın Baş Qərargahına tabe olur, müharibə dövründə isə tərəflərin razılığı ilə Rusiya Cənub Hərbi Dairəsi komandanının tabeçiliyinə keçə bilər.   

 

© APA

28.06.2017 06:43

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ