Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

"Hər bir pis xəbər neft qiymətlərinin düşməsinə səbəb olacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Hər bir pis xəbər neft qiymətlərinin düşməsinə səbəb olacaq"

Neft qiymətləri, ABŞ-da neft ehtiyatlarının artdığı barədə məlumatın açıqlanmasından sonra yenidən düşüb.
 


Neft sektorunun maliyyələşdirdiyi Amerika Neft İnstitutunun Çərşənbə günü açıqladığı məlumatlara görə, ABŞ-da neft ehtiyatları ötən həftə 851,000 barel artıb. Çərşənbə günü açıqlanacaq rəsmi məlumatların isə, ehtiyatların Martın sonunda çatdığı rekord səviyyədən başladığı azalmanı davam etdirdiyini göstərməsi gözlənilir.


 
Neft artan qlobal hasilat ilə bağlı olaraq ötən həftə ayı bazarına girib. Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına görə, ABŞ-da xam neft ehtiyatları, beş ilin orta göstəricisindən 100 milyon barrel çoxdur və yüksək səviyyələrdə qalmaqda davam edir.
 


Analitik Devid Lennoks, "Bazardakı "ralli" çox kövrək olacaq və hər hansı bir pis xəbər qiymətlərdə azalmaya səbəb olacaq. İnvestorlar təklif çoxluğu vəziyyətinin  fərqindədirlər və bunun aradan qalxması üçün tələbdə artım görməyimiz lazımdır" deyə bildirib.


 
Bakı vaxtı ilə 08:30-a olan məlumata görə, Qərbi Texas Nefti (WTI) Nyu-Yorkda Nymex birjasında  44.06 dollardan, Brent nefti, Londonda ICE Futures Europe birjasında 46.25 dollardan alıcı tapıb. Neft qiymətləri təxminən 0,2% düşüb.

28.06.2017 06:55

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ