Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Hücumdan ən çox Ukrayna ziyan çəkib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hücumdan ən çox Ukrayna ziyan çəkib

“Petya” virusuna yoluxma kiber hücümdan ən çox ziyan çəkmiş Ukraynadan başlayıb. “RİA Novosti”nin  verdiyi xəbərə görə, bu barədə ESET virus laboratoriyasının məlumatında bildirilir.

 

Reklam_3_11

Şirkətin virusdan zərər çəkmiş ölkələr üzrə hazırladığı reytinqə əsasən, hücumdan ən çox Ukrayna ziyan çəkib. İkinci yerdə İtaliya, üçüncü yerdə İsrail qərarlaşıb.  

 

İlk onluqda Serbiya, Macarıstan, Rumıniya, Polşa, Argentina, Çexiya və Almaniya yer alıb. Rusiya bu siyahıda 14-cü pillədədir. 

 

Bu gün virus Asiya ölkələrinə sıçrayıb.

 

Qeyd edək ki, ötən gün dünya üzrə bir çox iri şirkətlər güclü haker hücumuna məruz qaldıqlarını bəyan ediblər.

 

Ukrayna və Rusiyanın bir çox iri şirkətlərinin kompüter şəbəkələrinə buraxılan bu virus daha sonra digər ölkələrə yayılıb.

 

Kompüterin blokdan çıxarılması üçün virus proqramı istifadəçidən 300 dolların ödənilməsini tələb edir.

28.06.2017 07:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ