Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

ABŞ-da neft istehsalı kəskin düşdü, qiymətlər qalxdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da neft istehsalı kəskin düşdü, qiymətlər qalxdı

  
ABŞ-da kommersiya məqsədli xam neft ehtiyatları ötən həftə 0,1 milyon barel yüksəlib.


 
"Marja"xəbər verir ki,  ABŞ Enerji İnformasiya İdarəsi (EIA), ölkədə kommersiya məqsədli xam neft ehtiyatlarının ötən həftə 0,1 milyon barel artımla 509,2 milyon barelə yüksəldiyini açıqlayıb. Bazar gözləntisi, ehtiyatların 2,6 milyon barrel azalacağı istiqamətində idi. Bir əvvəlki həftə də xam neft ehtiyatları 2,5 milyon barrel azalma qeyd etmişdi.


 
Kommersiya məqsədli xam neft ehtiyatlarına daxil olmayan strateji neft ehtiyatları isə ötən həftə 1,4 milyon barrel (0,2 faiz) azalaraq 682,4 milyon barrelə enib.


 
ABŞ-ın həftəlik benzin ehtiyatları da sözügedən həftə 0,9 milyon barel (0,4 faiz) azalaraq 241 milyon barelə düşüb. Bazar 0,6 milyon barrel azalma olacağını gözləyirdi. Benzin ehtiyatları əvvəlki həftə 0,6 milyon barel azalmışdı.


 
 Xam neft istehsalı kəskin düşdü


 
Ölkənin xam neft idxalı sözügedən həftə əvvəlkinə nisbətən gündəlik orta hesabla 140 min barel artımla 8,02 milyon barelə, xam neft ixracı da gündəlik orta hesabla 11 min barel artımla 528 min barelə yüksəlib.


 
Sözügedən dövrdə ABŞ-ın xam neft istehsalı, bir əvvəlki həftə ilə müqayisədə, gündəlik orta hesabla 100 min barellik kəskin azalma ilə 9,25 milyon barrelə enib.


 
SEMİNARA QATIL, PUL QAZANMAQ SƏNƏTİNİ ÖYRƏN VƏ QAZAN

 

Ölkənin xam neft hasilatındakı azalmanın ardından qlobal bazarda neftin qiymətlərində artım görülüb.
 

EIA göstəricilərinin açıqlanması ilə, ABŞ-ın Qərbi Texas neftinin barrel qiyməti 44,78 dollara, Brent neftinin barrel qiyməti də 47,52 dollara yüksəlib. Qiymətlər təxminən 1,5% qalxıb.


 
Mütəxəssislər, keçən həftə Brent neftinin qiymətinin son 7 ayın ən aşağı səviyyəsinə, Qərbi Texas neftinin qiymətinin də son 10 ayın ən aşağı səviyyəsinə düşdüyünə işarə edərək, ABŞ-ın xam neft istehsalının bundan mənfi təsir gördüyünü vurğulayırlar. Qiymətlər aşağı düşdüyündən hasilat bir sıra ABŞ şirkətlərinə sərf etmir. Bu səbəbdən isthsal azalıb.

28.06.2017 20:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ