Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dollar sürətlə ucuzlaşır - Avro/Dollar 1.14-ü keçdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar sürətlə ucuzlaşır - Avro/Dollar 1.14-ü keçdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avro, ilin əvvəlində çox az ehtimal edilən yüksəlişini davam etdirir.


 
"Marja" xəbər verir ki, siyasi risklərin azalması və pul siyasətinin aydınlaşması ilə əlaqədar olaraq Avro bahalaşır. Avropa Mərkəzi Bankının sədri (AMB) Mario Draghi deflyasiya risklərinin azaldığına işarə edib. Bank, monetar təşviqi (qiymətli kağız alışını) azalda və faiz dərəcələrini qaldırmağa başlaya bilər. Bu da Avronun bahalaşması ilə nəticələnir.

 

Digər tərəfdən, ABŞ Prezidenti Donald Tarump-a olan etimadın azalması Dolları zəiflədir. Məsələn, ABŞ-da səhiyyə islahatı səsverməsinin təxirə salınması  Dolları G-10 pullarının hamısı qarşısında dəyərdən düşməsinə səbəb oldu. Təxirsalma ilə, Trump hökumətinin gücünə dair şübhələri artıb. Tramp söz verdiyi siyasətləri həyata keçirməkdə çətinliklər ilə üzləşə bilər. Hər bir islahat üçün Senatın razılışığını almaq lazımdır. 

 

Bakı vaxtı ilə saat 07:30-a olan məlumata görə,  Avro/dollar məzənnəsi 0.25 faiz qalxaraq 1.1406 səviyyəsinə çıxıb. İlin əvvəlindən bəri Avro Dollar qarşısında 9%-ə yaxın dəyər qazanıb. Son 3 gündə Avro 2,5% bahalaşıb.

 

SEMİNARA QATIL, PUL QAZANMAQ SƏNƏTİNİ ÖYRƏN VƏ QAZAN

29.06.2017 05:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ