ABŞ-ın ən böyük banklarına "yaşıl işıq"

ABŞ Mərkəz Bankı (Fed) ölkənin ən böyük banklarının sərmayə planlarını təsdiq edərək, ekstra (artıq) kapitalları ilə səhm geri alışı və dividend bölüşdürülməsi etmələrinə "yaşıl işıq" yandırıb.


 
Fed, maliyyə təşkilatlarının möhkəmliyini ölçmək məqsədilə 2010-dan bu yana hər il keçirdiyi Geniş Miqyaslı Kapital Analizləri və Qiymətləndirməsinin (CCAR) ikinci mərhələsinə dair nəticələri açıqlayıb.
 


Qiymətləndirmə aparılmış  34 Amerika bankının hamısının sərmayə planları qəbul edilib.JP Morgan Chase, Bank of America, Citigroup, Goldman Sachs, HSBC və Morgan Stanley kimi maliyyə nəhənglərinin aralarında olduğu bu təşkilatlar, Fed-in sərmayə planlarına etiraz etməməsi sayəsində ekstra kapitallarını səhm geri alışı və dividend bölüşdürülməsi üçün istifadə etmək imkanı qazanıblar.


 
Digər tərəfdən, Fedin sərmayə planını qəbul etməsinə baxmayaraq planlaşdırma prosesindəki zəiflikləri il sonuna qədər aradan qaldırması istənilən yeganə bank Virciniyada yerləşən Capital One olub. Ölkənin ən böyük 9-uncu bankı oln Capital One-ın sərmayə planını gücləndirərək bu il başa çatmadan yenidən təqdim etməsi lazım olduğu bildirilib.


 
 Amerika banklarının səhmləri, Fed-in "yaşıl işıq" kimi qiymətləndirilən açıqlamasının ardından dəyər qazanıb.JP Morgan Chase ve Bank of America-nın səhmlərinin qiyməti 4%-dən çox artıb.

29 İyun 2017 , 08:21   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin