Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Uzunluğu 54,2 km olan su kanalı tikilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Uzunluğu 54,2 km olan su kanalı tikilir

Mil-Muğan bölgəsində yeni su kanalı tikilir.

 

Uzunluğu 54,2 km olan kanal başlanğıcını İmişlidə Araz çayının qolundan götürür.

 

Tikintisinə bu ilin mart  ayında start verilən magistral kanal vasitəsilə İmişli, Saatlı və Biləsuvar rayonları ərazisində 40  min hektar qış otlaq sahələri əkin dövriyyəsinə qaytarılacaq, yeni fermer təsərrüfatlarının yaranmasına stimul veriləcək. Hazırda kanalın 22 kilometrlik hissəsində işlər tam başa çatıb. 

 

54,2 kilometr torpaq məcrada tikiləcək kanalın su sərfi başlanğıcda 35 kubmetr/san. olacaq.   Kanalın üzərində 100-ə yaxın hidrotexniki qurğu inşa edilib.  Kanalın 32 kilometrlik hissəsində tikinti işləri davam etdirilir.  

 

Kanalın tikintisinə 204 ədəd maşın-mexanizm və 354 nəfər işçi cəlb olunub. Hazırda kanalın üzərində  hidrotexniki qurğuların, körpülərin və şlüzlərin tikintisi davam edir. Kanalın üzərində həmçinin 36 ədəd suburaxıcı, 11 ədəd körpü və səviyyə qaldırıcı qurğular  tikilməlidir.

 

“Muğansutikinti” Səhmdar Cəmiyyətin sədri Vaqif Qurbanovun bildirdiyinə görə, kanalın tikintisi zamanı 4 milyon kubmetrə yaxın torpaq işləri görülməlidir. Artıq 2 milyon 750 kubmetr torpaq kanalın yastığına daşınaraq kipləşdirilib və 1 milyon 300 kubmetr qazma işləri aparılıb. Qrafikə əsasən magistral kanalın 32 kilometrlik hissəsinin tikintisinin bu ilin iyul ayının axırında, 44 kilometr hissəsinin isə sentyabr ayında başa çatdırılacağı nəzərdə tutulub. Ümumilikdə isə kanalın tikintisinin bu ilin oktyabr ayında tam başa çatdırılması nəzərdə tutulur.

 

© APA

29.06.2017 06:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ