Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Unicapital” mənfəətini 3 dəfə artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Unicapital” mənfəətini 3 dəfə artırıb

“Unicapital İnvestisiya Şirkəti” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 850 min manat təşkil edib.

 

Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 78,8% çoxdur.

 

2016-cı ildə “Unicapital”ın cəmi öhdəlikləri 7 dəfə artaraq 25 min manat, cəmi kapitalı isə 74,9% artaraq 826 min manat olub.

 

Hesabat dövründə şirkətin gəlirləri 1,02 mln. manat, xərcləri isə 579 min manat təşkil edib. Son nəticədə onun vergiyəqədərki mənfəəti 442 min manat olub ki, bu da illik müqayisədə 2,7 dəfə çoxdur.

 

2016-cı ildə “Unicapital” 2015-ci ilə nisbətən 2,85 dəfə çox – 88 min manat mənfəət vergisi ödəyib və ili 354 min manat xalis mənfəətlə başa vurub.

 

Xatırladaq ki, “Unicapital” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. Şirkətin səhmləri 100% “Unibank” ASC-yə məxsusdur. 

 

UNİBANK MOBİLE - BANKDAN DAHA YAXIN

 

© Report

29.06.2017 07:23

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ