Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Yaponiyada maliyyə şirkəti kiberhücuma məruz qalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yaponiyada maliyyə şirkəti kiberhücuma məruz qalıb

Yaponiyanın “kabu.com Securities Co.,Ltd” şirkəti kiberhücuma məruz qalıb. Bu barədə Kyodo agentliyi məlumat yayıb.

 

Məlumatda qeyd edilir ki, həmin şirkət internetdə müxtəlif xidmətləri – səhmlərin alqı-satqısını, valyuta əməliyyatlarını həyata keçirir. Kiberhücum nəticəsində şirkətin saytı bir müddət sıradan çıxıb. Şirkət ərizə ilə polisə müraciət edib. Hazırda hüquq-mühafizə orqanları hadisənin Avropada baş vermiş virusla əlaqəsini araşdırırlar. Əgər bu təsdiqini taparsa, onda həmin şirkətə hücum virusun Yaponiyada ilk işi olacaq.

 

Xatırladaq ki, iyunun 27-də virusun hücumu dünyanın bir çox ölkələrində, daha çox Ukraynada şirkətlərin İT sistemlərini sıradan çıxarıb. Bir çox neft, energetika, telekommunikasiya, farmaseft şirkətləri, o cümlədən dövlət orqanları bu virusun hücumundan zərər çəkiblər.

 

İlkin məlumatlarda həmin virusun “Petya” ailəsinə məxsus olduğu bildirilsə də, lakin sonradan tamamilə fərqli funksiyalara malik olduğu aydınlaşıb.

 

© Azərtac

29.06.2017 07:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ