Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“İnvestAZ”ın gəlirləri və mənfəəti artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“İnvestAZ”ın gəlirləri və mənfəəti artıb

“İnvestAZ” İnvestisiya Şirkəti 2016-cı ili 533 min 561 manat xalis mənfəət ilə başa vurub. Bu, 2015-ci illə müqayisədə 7 dəfəyə yaxın çoxdur. Şirkət 2015-ci ilin sonunda 77 min 430 manat mənfəət açıqlamışdı.

 

“Marja” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “İnvestAZ”ın cəmi gəlirləri 2 milyon 405 min manat təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 52% çoxdur. Şirkət 2015-ci ildə 1 milyon 581 min manat cəmi gəlir əldə etmişdi.

 

Ötən il likvidliyin təminatı üzrə komissiya komissiya gəlirləri 2 milyon 198 min manat, xarici valyuta ilə dilinq əməliyyatlarından gəlir 135 min manat, broker xidmətləri üzrə komissiya gəlirləri 53,6 min manat, tədris xidmətləri üzrə gəlirlər 18 min manat təşkil edib. “İnvestAZ”ın gəlirləri arasında ən çox artım likvidliyin təminatı üzrə komissiya gəlirləri üzrə olub – 43,5%.

 

Şirkətin ötən il vergidən əvvəlki mənfəəti 682 min manat təşkil edib. Mənfəətdən təxminən 149 min manat mənfəət vergisi ödənilib.

 

2016-cı ilin sonuna “İnvestAZ”ın cəmi aktivləri 7 milyon 261 min manat, cəmi kapitalı 852 min 546 manata, cəmi öhdəlikləri isə 6 milyon 758 min manat təşkil edib.

 

“InvestAZ”, Azərbaycan investisiya bazarını inkişaf etdirmək və bu bazara yeniliklər gətirmək məqsədi ilə yaradılmışdır.

 

Şirkət gələcək ehtiyaclarını qarşılamaq üçün insan resurslarını və texnoloji infrastrukturunu inkişaf etdirmişdir. ”İnvestAZ”, investisiyanın hər kəsin haqqı olduğuna inanır.

 

İnvestisiya dilini sadələşdirməklə fərdləri cəsarətləndirmək, yaxşı təlim keçmiş investorlar yetişdirmək “InvestAZ” şirkətinin hədəfidir.

 

Fərdi investor sayını artırmaq və korporativ investisiya vasitələrinə olan marağı oyatmaqla şirkətin, başlıca məqsədlərindən biri Azərbaycanı dünyanın maliyyə mərkəzlərindən birinə çevirməkdir.

29.06.2017 08:09

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ