Qeyri-sabit hava şəraitinin neçə gün davam edəcəyi açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qeyri-sabit hava şəraitinin neçə gün davam edəcəyi açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti iyun ayının 30-u axşam saatlarına kimi davam edəcək. Həftə sonu yağış yağacağı gözlənilmir".

 

Reklam_3_11

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

 

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti iyunun 30-da dəyişkən buludlu olacaq, arabir tutulacaq: "Gecə və səhər arabir yağış yağacaq. Lakin iyulun 1-i günorta saatlarından başlayaraq hava şəraiti əsasən yağmursuz keçəcək. İyul ayının 1-i və 2-si paytaxtda mülayim şimal küləyi əsəcək. Havanın temperaturu 31-36 dərəcə arasında dəyişəcək".

 

G.Məmmədova qeyd edib ki, iyun ayının 30-dan artıq yağıntılar tədricən kəsiləcək: "İyul ayının 1-i və 2-də əksər rayonlarda hava şəraitinin sabitləşəcəyi və əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək".

 

MƏBLƏĞİ, MÜDDƏTİ ARTDI, FAİZİ AZALDI – NAĞD KREDİT

 

© Report

29.06.2017 11:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ