Ən yuxarı statik reklam-3_3

“AtaBank” uşaq evinin balaca sakinlərini sevindirdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AtaBank” uşaq evinin balaca sakinlərini sevindirdi

“AtaBank” ASC Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində 2017-ci il üçün nəzərdə tutulmuş növbəti xeyriyyəçilik aksiyasını həyata keçirmişdir.

 

Bank tərəfindən Əhmədli qəsəbəsində yerləşən 3 saylı uşaq internat-evinin balaca sakinləri üçün Ramazan Bayramı günlərində əyləncəli viktorina və şən müsabiqəli bayram tədbiri təşkil edilmişdir. Ramazan Bayramı ilə əlaqədar təşkil edilmiş xeyriyyə tədbirinə müğənnilər, sehrbazlar, animatorlar və məzəli klounlar dəvət olunmuşdur.

 

Beləcə, bank heyəti uşaq evinin balaca sakinləri ilə birlikdə xoş və əyləncəli şəkildə müqəddəs Ramazan Bayramını qeyd etmişdir.

 

Bayram şənliyi ilə əlaqədar “AtaBank” ASC-nin İdarə Heyəti sədrinin müavini Rauf Hüseynov bildirdi ki, “Bu cür tədbirlər dövlətimizin sosial siyasətinə uyğun olaraq Korporativ Sosial Məsuliyyət xarakteri daşıyır və cəmiyyətimizin valideyn himayəsindən məhrum olan uşaqlarına mənəvi dəstək, onlardan diqqət və qayğını əsirgəməmək məqsədi ilə təşkil edilir. Uşaqlar bizim gələcəyimizdir, onların ehtiyaclarına və ümidlərinə həmişə diqqətlə yanaşmaq lazımdır!”

 

Bayram şənliyində uşaqlarla birlikdə aktiv iştirak edən bankın Kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov isə əlavə olaraq qeyd etdi ki, daim sosial məsuliyyətə önəm verən “AtaBank” ASC tərəfindən bu cür tədbirlərin təşkili bundan sonra da davam etdirləcəkdir.

 

Bayram tədbirinin sonunda uşaqlarla bank əməkdaşlarının birgə xatirə şəkilləri çəkildi.

 

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitallı, yüksək texnologiyalı, universal Azərbaycan bankıdır. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 31 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə geniş çeşidli bank xidmətləri təqdim edir.

29.06.2017 12:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ