Mobil manşet üstü reklam_21

Hakerlərin mesajı bankları həyəcana salıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hakerlərin mesajı bankları həyəcana salıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İlk olaraq Çərşənbə günü Ukraynada ortaya çıxan "Petya" və ya "NotPetya" adlı kiber hücum, Avropa və ABŞ-a da sıçrayıb.


 
"Marja" xəbər verir ki, Ukrayna Mərkəzi Bankı edilən hücumun ölkədəki banklara və şirkətlərə mənfi təsir etdiyini açıqlayıb. Hücumun "bilinməyən bir virus" ilə həyata keçirildiyini qeyd edən mərkəzi bank, "təcavüzdən" əziyyət çəkən bank və şirkətlər haqqında isə detallı məlumat verməyib.

 

Mərkəzi Bank açıqlamasında "Bu kiber hücum səbəbilə bəzi bankların xidmətlərində və bank əməliyyatlarında problemlər yaşanmışdır" ifadəsi istifadə edilib. Ukrayna Mərkəzi Bankının keçirəcəyi iclasda bu hücumun da gündəmə gəlməsi gözlənilir.


 
Ukraynanın ən böyük dövlət bankı "Oschadbank" isə verdiyi açıqlamada bəzi xidmətlərinin kiber hücumdan təsirləndiyini ancaq müştərilərinin məlumatlarının etibarda olduğunu  bildirib.


 
24 saat içərisində sürətlə yayılan virus, Ukrayna sərhədlərindən  kənara çıxaraq aralarında İngilitərənin reklam şirkəti WPP, Danimarkanın nəqliyyat və neft şirkəti Maersk, ABŞ-ın dərman nəhəngi Merck kimi mühüm şirkətlərə də təsir edib.


 
 MƏLUMATLARI GERİ VERMƏK ÜÇÜN PUL TƏLƏB EDİRLƏR


 
"Petya" adlı şipyon proqram May ayında baş verən "Wannacry" hücumunda olduğu kimi kompüterlər içərisindəki məlumatları şifrləyir. Hücumu törədənlər məlumatları xilas etmək istəyənlərdən haqq tələb edir. Onların 24 saat içərisində 20 min dollar qazanc əldə etdiyi güman edilir.


 
Virusa yoluxmuş kompüterlərdə istifadəçilər aşağıdakı mesaj ilə qarşılaşır:


 
"Əgər bu mesajı görürsünüzsə, artıq  məlumatlarınıza daxil ola bilməyəcəyiniz deməkdir. Vaxtınızı boş yerə sərf etməyin. Bizdən başqası fayllarınızı geri gətirə bilməz. Əgər məlumatlarınızı geri istəyirsinizsə aşağıdakı Bitcoin hesabımıza 300 dollar göndərməlisiniz".

29.06.2017 12:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ