Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Apple-ın dəyəri 183 ölkənin illik milli gəlirindən yüksəkdir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Apple-ın dəyəri 183 ölkənin illik milli gəlirindən yüksəkdir

"Apple"ın bazar dəyəri təxminən 750 milyard dollardır. Bu məbləğ, Azərbaycanın da içində olduğu 183 ölkənin illik milli gəlirindən yüksəkdir.

 

Dünyanın öndə gedən texnologiya şirkətlərindən biri olan "Apple", mobil cihazlarda cığır açan cib telefonu markası "iPhone"un bazara çıxmasının 10-uncu ilini qeyd edir. Şirkət bu telefonların satışından təkcə ötən il 136,7 milyard dollar gəlir əldə edib.

 

"Marja"nın "Apple" şirkətinin hesabatlarından topladığı məlumatlara görə, şirkətin  qurucusu Stiv Cobs, "iPhone"u bundan 10 il öncə San-Fransiskoda təqdim etmişdi.

 

Cobsun "inqilabçı cib telefonu və mükəmməl bir internet rabitəsi cihazı" kimi təsvir etdiyi "iPhone" qısa bir müddətdə dünyada böyük əks-səda doğurdu və maraq gördü. "iPhone" sayəsində "Apple" şirkəti də sürətlə böyüyərək yüksək qazanc əldə edib.

 

Keçən il "Apple"ın gəliri 215,6 milyard dolara çatıb, bunun təxminən 63,5%-ni və ya 136,7 milyard dolları "iPhone" satışları ilə təmin olunub. Şirkətin mənfəəti 2006-da təxminən 2 milyard dollar ikən, ötən il 46 milyard dollara yüksəlib.

 

Şirkətin bazar dəyəri təxminən 750 milyard dollarla Azərbaycanın da içində olduğu 183 ölkənin illik milli gəlirindən yüksəkdir. Bu dəyər, ABŞ-ın enerji şirkəti "Exxon Mobil"in dəyərindən iki dəfə,  "General Electric"in dəyərindən isə üç dəfə çoxdur.

 

1-ci nəsil iPhone: 29 İyun 2007
 
iPhone 3G:  10 İyun 2008
 
iPhone 3GS: 8 İyun 2009
 
iPhone 4:  21 İyun 2010
 
iPhone 4S: 11 Oktyabr 2011
 
iPhone 5: 21 Sentyabr 2012
 
iPhone 5C və 5S: 21 Sentyabr 2013
 
iPhone 6 ve 6 Plus: 26 Sentyabr 2014
 
iPhone 6S ve 6S Plus: 9 Sentyabr 2015
 
iPhone SE: 31 Mart 2016
 
iPhone 7 ve 7 Plus:  16 Sentyabr 2016
 
iPhone 8:   2017-ci ilin Sentyabr ayında çıxacağı gözlənilir.

29.06.2017 13:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ