Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bu ölkə pul xərcləməyə yer axtarır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu ölkə pul xərcləməyə yer axtarır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Büdcə profisitinə, profisit əlavə edən ölkə


Skandinaviyanın ən böyük iqtisadiyyatı İsveç, büdcə profisitini səhiyyə, sosial xidmətlər və məşğulluğa xərcləyəcək.
 
 
Bir çox ölkə büdcə kəsiri ilə mübarizə apararkən, İsveç, davamlı artan büdcə artığını (profisitini) hara xərcləyəcəyini müzakirə edir.

Reklam_3_11


 
"Marja" xəbər verir ki, Stokholm hökuməti, çərşənbə günü verdiyi bəyanatda, iqtisadi artım hədəfini həftələr öncə  hədəfin üzərinə çıxardığını açıqlayb. Büdcə artığı hədəfi 2017-ci il sonu üçün 0,3%-dən  0,8%-ə yüksəldilib. Bu nisbət 2018-ci il üçün 1 faiz, 2020-ci il üçün isə 2,5%-ə yüksəldilib.


 
Ölkənin maliyyə naziri Magdalena Andersson, bu pulun gələcəkdə ölkənin rifah səviyyəsi üzərində yarana biləcək təzyiqin  idarə edilməsinə sərf olunacağını açıqlayıb. Ölkədə 2025-ci ilə qədər əhaliyə 300 min uşağın əlavə olunması, bir o qədər də təqaüdçünün olacağı gözlənilir.

 

Andersson, büdcə artığının yeni səhiyyə və xidmət mütəxəssislərinin, müəllim və polisin işlə təmin edilməsinə istifadə edəcəklərini bildirib. İsveçli nazir,  rifah sistemi üçün əlavə 30 milyard kron, səhiyyə, məktəb və sosial xidmətlər üçün isə əlavə 5 milyard kron sərf edəcəklərini deyib.


 
Avropa Birliyinin ən aşağı işsizlik səviyyəsinə malik olmağı hədəfləyən ölkədə işsizlik 7,2 faiz səviyyəsindədir.

29.06.2017 13:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ