Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Xalid Əhədov: Risklər bu qərarla aradan qalxdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xalid Əhədov: Risklər bu qərarla aradan qalxdı

Nyu-York məhkəməsi Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin könüllü restrukturizasiyası prosesinin tanınması barədə müraciətinə baxıb və bir qrup kreditorun ehtirazını rədd edərək, bankın xeyrinə qərar çıxarıb.

 

Bankın aktivlərinin xarici kreditorların ABŞ məhkəmələrindəki iddia tələblərindən qorunması qət edilib.

 

Belə ki, bu yekun qərara əsasən, restrukturizasiya prosesinin davam etdiyi müddətdə xarici kreditorlar Azərbaycan Beynəlxalq Bankına və onun ABŞ-dakı aktivlərinə qarşı hər hansı iddia irəli sürə bilməyəcək.

 

Bankın İdarə Heyətinin sədri Xalid Əhədov məhkəmə qərarını şərh edərkən, xarici öhdəliklərin könüllü restrukturizasiyası prosesi ilə bağlı baş verə biləcək mümkün hüquqi risklərin bu qərarla aradan qalxdığını bildirib: 

 

“Bəzi kreditorların restrukturizasiya prosesinə etirazı məhkəmə tərəfindən qəbul olunmadı. Bankın aktivlərinin bu prosesdə xarici kreditorların iddia tələblərindən qorunduğu bir daha məhkəmə qaydasında qətiləşdi. Restrukturizasiya prosesi hazırda nəzərdə tutulmuş plan üzrə davam edir. Ümid edirik ki, nəticə gözlədiyimiz kimi uğurlu olacaq”.

 

Qeyd edək ki, səsvermənin nəticələri 18 iyul 2017-ci il tarixində nəzərdə tutulmuş Kreditorların Yığıncağında məlum olacaq.

29.06.2017 13:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ