Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Yerli velosipedlərin satışına başlanır - Qiymətlər açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yerli velosipedlərin satışına başlanır - Qiymətlər açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın "ISMA Bikes" şirkəti iyul ayından etibarən öz istehsalı olan velosipedlərin satışına başlayacaq.

 

Reklam_3_11

Bunu şirkətin baş direktoru Elçin Qəhrəmanov deyib.

 

Onun sözlərinə görə satışlar iyulun 6-da keçiriləcək təqdimat mərasimindən sonra başlayacaq.

 

"Synergy Group" şirkətlər qrupuna daxil olan "ISMA Bikes" Azərbaycanda ilk velosiped istehsalçısıdır. Zavod İsmayıllı rayonunun Diyallı kəndində yerləşir.

 

E.Qəhrəmanovun sözlərinə görə, istehsal olunan məhsulların geniş çeşidi olacaq: "Biz bazara 40-dək müxtəlif model velosiped, o cümlədən uşaq, şəhər və dağ velosipedləri çıxarmağı planlaşdırırıq. Biz bu il 5-10 min velosiped istehsal etməyi nəzərdə tutmuşuq. Gələn il isə 30 minədək velosiped istehsal oluna bilər".

 

Velosipedlərin qiymətlərinə gəldikdə isə o qeyd edib ki, qiymət 70-2500 manat arası olacaq. O həmçinin əlavə edib ki, digər şirkətlərin də əməkdaşlıq marağına baxmayaraq velosipedlərin satışı bilavasitə "ISMA Bikes" mağazası tərəfindən metronun "20 yanvar" stansiyası yaxınlığında yerləşən velotrek ərazisində həyata keçiriləcək.

 

E.Qəhrəmanov bildirib ki, şirkət bazarın müxtəli subyektləri ilə əməkdaşlıq qurmağı planlaşdırır: "Bu mərhələdə biz öz velosipedlərimizi ancaq ölkə daxilində tədarük etməyi planlaşdırırıq. Biz öyrənmək istəyirik ki, müştərilərimizin münasibəti necə olacaq, hansı velosipedlərə daha çox tələbat olacaq. Daha sonra bu nəticələrə əsasən gələcək strategiyamızı müəyyənləşdirəcəyik".

 

 OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

 

© Trend

29.06.2017 20:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ