Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Fed faiz artırmağa fasilə verməlidir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Fed faiz artırmağa fasilə verməlidir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fed/Bullard: Sentyabr ayında balansı azaltmağa başlamaq üçün daha mümkündür


 
ABŞ Mərkəzi Bankının (Fed) Sankt-Luis şöbəsinin sədri Ceyms Bullard (James Bullard), bankın mövcud faiz nisbətinin aşağı iqtisadi artım və aşağı inflyasiya şərtləri üçün uyğun olduğunu deyib.


 
"Marja" xəbər verir ki, Bullard Londonda çıxışında, Fed-in faiz siyasətinə dair açıqlamalar verib.

 


Fed-in gələcəkdə gözlədiyi yüksək iqtisadi inkişaf proseslərinə indidən qarşılıq verməsi (tədbirlər görməsi, faiz artırması) lazım olmadığını qeyd edən Bullard, "İşsizlik səviyyəsi düşməyə davam etsə belə, hazırkı proqnozlar bunun inflyasiyaya qarşı təsirlərinin kiçik olacağına işarə edir" ifadəsini istifadə edib.

 

100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN

 

Bullard, 4,3 faiz səviyyəsində işsizlik nisbətinin daha yüksək inflyasiya üçün yetərli göstərici olmadığını və tədqiqatların işsizlik nisbətinin 3,5%-ə düşməsinin də inflyasiyada böyük bir yüksəlişə sənən olmayacağını göstərdiyini bildirib.


 
Federal Açıq Bazar Komitəsinin (FOMC) faiz artırmağa fasilə verməsinin tərəfdarı olduğunu bildirən Bullard, "Fedin mövcud faiz nisbətinin aşağı iqtisadi artım və aşağı inflyasiya şərtləri üçün uyğun olduğunu" vurğulayıb.


 
Bullard, həmçinin Fed-in 4,5 trilyon dollarlıq balansını azaltmağa başlanmasının maliyyə bazarlarında əhəmiyyətli bir dalğalanma yaratmayacağını və mərhələli azaltma prosesinin ən az 5 ili davam edəcəyini sözlərinə əlavə edib.


 
Bullard, balansın azaldılmasının, Sədr Janet Yellenin mətbuat konfransı keçirdiyi bir FOMC toplantısından sonra başlaması lazım olduğunu söyləyib.
 


Bullard, "Sentyabr ayında balansı azaltmağa başlamaq İyul ayındakı FOMC iclasına nisbətən daha mümkündür" deyib.
 


Bullardın bu il FOMC iclaslarında səsvermə hüququ yoxdur.

 

100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN

30.06.2017 05:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ