Beynəlxalq Bankda sürpriz təyinat
Bank of Baku” ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun Azərbaycan Beynəlxalq Bankına dəvət aldığı bildirilir.
“Marja”nın bank sektorundan əldə etdiyi məlumata görə, peşəkar bankirə Azərbaycan Beynəlxalq Bankının sədr müavini vəzifəsi həvalə olunub.
Azərbaycan Beynəlxalq Bankından, Abbas İbrahimovun rəsmi təyinatı barədə məlumat olmadığı bildirildi.
“Bank of Baku” ASC-nin Mətbuat xitmətindən isə “Marja”ya bildirildi ki, hazırda Abbas İbrahimov rəsmən Bankın İdarə Heyətinin sədridir. O, hər gün öz işinin başında olur. Türkiyədə ali təhsil almış Abbas İbrahimov “Bank of Baku”dan əvvəl “İstanbul Fond Birjası”da və “KoçBank”da işləmişdir.
Xəbər verdiyimiz kimi, Dekabrın 8-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının növbədənkənar toplantısı keçirilib. Toplantıda Bankın İdarə Heyəti rəhbərliyində dəyişiklik aparılıb. Müşahidə Şurasının qərarı ilə Elmar Məmmədov İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Xalid Nurəddin oğlu Əhədov Bankın İdarə Heyətinin üzvü seçilib. Eyni zamanda, İdarə Heyətinin sədri vəzifəsinin icrası da müvəqqəti olaraq ona həvalə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 saat əvvəl
-
11 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin
-
15 saat əvvəl
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
-
16 saat əvvəl
Motosikllər və elektrik mühərrikli velosipedlər 15 %-lik gömrük rüsumuna cəlb ediləcək
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl