Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Norm şirkətinin Korporativ Sosial Məsuliyyət Layihəsi - Norm Ustalar Klubu - FOTO

iç səhifə xəbər başlığı altı (mobil)_31
Norm şirkətinin Korporativ Sosial Məsuliyyət Layihəsi - Norm Ustalar Klubu - FOTO

Cənubi Qafqazın ən böyük sement zavodu olan Norm Sement cəmiyyətin hərtərəfli inkişafında fəal iştirak etməyi qarşıya məqsəd qoymuşdur. Bu məqsədlə şirkət Korporativ Sosial Məsuliyyət çərçivəsində müxtəlif layihələrə dəstək verir.

 

Norm Ustalar Klubu Norm şirkətinin cəmiyyətə uzunmüddətli faydalar vəd edən korporativ sosial məsuliyyət layihəsidir.

 

Norm Ustalar Klubunun təməli 11 dekabr 2016-cı il tarixində inşaat sahəsində çalışan ustaların Norm Sementin Bakıda təşkil etdiyi görüşdə qoyulmuşdur.

 

Klubun yaradılmasında məqsəd inşaat sahəsində çalışan ustaların bilik və bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

 

Norm Ustalar Klubu ölkəmizin bütün bölgələrindən gələn ustaları öz çətiri altında birləşdirməklə, onların öz aralarında ünsiyyət qurmalarına, peşələrilə bağlı olan mövzularda fikir mübadiləsi aparmalarına şərait yaradır.

 

Ustaların peşəkar bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə Klub tərəfindən ildə 2 dəfə sement məhsulları və onların istifadə qaydaları ilə bağlı seminarlar təşkil olunur, seminarların sonunda ustaların sertifikasiyası aparılır.

 

Norm Ustalar Klubunu yaratmaqla şirkətimiz inşaat sahəsində çalışan ustaların fəaliyyətinə verdiyi önəmi nümayiş etdirir. Klubun yaradılması həmçinin son istehlakçıların inşaat sahəsindəki yeniliklərdən xəbərdar olmasına dəstək verir, istehlakçıların sement və beton məhsullarından maksimal şəkildə səmərəli istifadəsini təmin etmək üçün Norm Ustalar Klubunun peşəkar mütəxəssislərinə müraciət etməsinə yardımçı olur.

 

Nəticədə düzgün məhsulun peşəkar usta ilə istifadəsinə dəstək olmaqla Norm Ustalar Klubu inşaat sahəsindəki işlərin keyfiyyətinə öz töhfəsini verir.

 

İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur.

 

Zavodda hal-hazırda dörd çeşiddə – CEM II/A-P 32,5R, CEM II/B-L 32.5R və CEM II/A-P 42,5 R, CEM II/A-P 42,5 N (SDPS 500 Ə-20) – sement istehsal olunur. Bu sement növləri müvafiq olaraq KLASS A, KLASS B, KLASS C500 və KLASS S adı ilə satışa çıxarılır.

 

Məhsullara Almaniyanın VDZ Elmi-Tədqiqat İnstitutu tərəfindən DIN EN 197-1:2011 standartına müvafiq olaraq uyğunluq sertifikatları təqdim olunmuşdur.

 

https://www.facebook.com/NORMLLC/

 

https://www.facebook.com/NORMustalarklubu/

30.06.2017 08:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ